Qarabağa gələn Ermənistan naziri Sərsəng anbarına forel balıqları da buraxdı...

Qarabağa gələn Ermənistan naziri Sərsəng anbarına  forel balıqları da buraxdı...

Xəbər verdiyimiz kimi, qəsbkar Ermənistanın  Ətraf Mühit naziri Romanos Petrosyan Azərbaycan dövlətinin icazəsi olmadan Rusiya sülhməramlılarının(?) dəstəyi ilə Laçındakı dövlət sərhədimizi pozaraq Xankəndinə "işgüzar səfərə " gəlib. 
 
Moderator.az xəbər verir ki,  Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə,  erməni nazir  separatçı xunta tör-töküntüsünün "ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan adlı məxluqla görüşdən sonra  Qarabağın baş separatçısı Araik Arutyunyanla da görüşüb. 
 
Ermənistan nazirinin "Qarabağ səfərinin gündəliyində duran əsas məsələlərdən biri kimi” onun Sərsəng su anbarını ziyarət etməsi göstərilib. 
Belə ki,  məlumata görə, R.Petrosyan separatçı "nazir” Hayk Xanumyanla birgə Azərbaycan Respublikasının bu strateji su anbarına nadir forel balıqlarının ilk partiyasını buraxıb...
 
Sultan Laçın
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az