Qafan yüksəklikləri qayıtdı: Tarixi ədalət – Perenciyev

Qafan yüksəklikləri qayıtdı: Tarixi ədalət – Perenciyev

Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi davam edir. Ermənistanın işğal etdiyi torpaqlar Bakının nəzarətinə keçir. Bu ərazilərin adları bu günə qədər KİV-də demək olar ki, çəkilmirdi. Axı "Dağlıq Qarabağ ətrafında münaqişə” termini faktiki olaraq Azərbaycanın Ermənistan tərəfindən zəbt olunan bütün torpaqlarını əhatə etmirdi.

Bu barədə Axar.az-a hərbi politoloq, "Rusiya zabitləri” təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyev sərhədlərin delimitasiyası ilə bağlı Qafan ətrafında strateji yüksəkliklər və daha 13 kəndin Azərbaycanın nəzarətinə verilməsini şərh edərkən bildirib.

"Məsələ bundadır ki, ermənilər 1987-ci ildə azərbaycanlıları Qafan və onun ətrafındakı rayonlardan qovanda - bu isə hələ Sumqayıt və Dağlıq Qarabağ hadisələrindən əvvəl baş verib - Ermənistan-Azərbaycan münaqişəsi etnik konflikt xarakteri daşıyırdı. Lakin məhz mərkəzi hakimiyyətin ermənilərin törətdiyi cinayətlərə göz yumması Dağlıq Qarabağdan və onun ətrafındakı 7 rayondan azərbaycanlıların qovulması prosesinin davam etdirilməsi üçün ermənilərin əl-qolunu açdı", - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, SSRİ-nin dağılması ilə Ermənistan-Azərbaycan münaqişəsi etnik konflikt çərçivəsindən çıxıb, dövlətlərarası konfliktə çevrildi:

"Ona görə də Qafan şəhəri ətrafındakı yüksəkliklərin geri qaytarılması prosesi tarixi ədalətin bərpasından xəbər verir. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycan əsgərlərinin səyləri hədər getməyib, onların qanı yerdə qalmayıb. Qafan ətrafındakı yüksəkliklərin geri qaytarılması bir daha rəsmi Bakının 44 günlük müharibədə qələbə qazanmasından xəbər verir. Artıq bununla bağlı heç bir, hətta ən kiçik şübhəyə belə yer qalmadı”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az