Putinlə Bayden Reykyavikdə görüşə bilər – Tarix təkrarlanır

Putinlə Bayden Reykyavikdə görüşə bilər – Tarix təkrarlanır

Rusiya və ABŞ liderləri Qorbaçov və Reyqan kimi İslandiyanın paytaxtı Reykyavikdə görüşə bilərlər.

Miq.Az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi rəhbəri akademik Sergey Roqov deyib.

Onun sözlərinə görə, əvvəllər iki ölkə liderinin danışıqlar üçün seçdiyi Finlandiya artıq görüş yeri olmayacaq. Roqov buna səbəb kimi Trampın bundan öncə Helsinkidə Putinlə görüşməsinin mətbuat tərəfindən tənqid olunmasını göstərib:

"Mən görüşün Vyanada baş tuta biləcəyini istisna etmirəm, amma Reykyavikdə görüşün keçirilməsi ehtimalı da var”.

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında ötən gün baş tutan telefon danışığında Co Bayden Putinə üçüncü ölkədə görüş təklif edib. Avstriya görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az