Putinin Ukraynada “FİNİŞ PLANI”: nüvə silahı işə düşəcəkmi?

Putinin Ukraynada “FİNİŞ PLANI”: nüvə silahı işə düşəcəkmi?

Putin Zaporojye və Xerson vilayətinin "müstəqilliyinin” tanınması ilə bağlı fərman imzaladı: növbəti addımda Ukraynanın bu torpaqları Krım ssenarisi üzrə ilhaq ediləcək;

Bu addım fonunda Rusiyada səfərbərliyin və "nüvə şantajının” hədəfi daha aydın olur:

- Bu ərazilərin ilhaqından sonra müharibə "xüsusi əməliyyatdan” Rusiya-Ukrayna müharibəsinə keçəcək;
- Ukraynanın ilhaq edilmiş əraziləri azad etmək istiqamətində addımları "Rusiyaya hücum” kimi təqdim ediləcək;
- Səfərbərliyə cəlb edilmiş ruslar "öz torpaqlarını qorumaq” uğrunda döyüşdürüləcək;
- Moskva "Rusiya ərazisinə hücum” iddiası ilə "nüvə şantajı”nı legitimləşdirmək istəyəcək;

Kreml müharibəni bu nəticə ilə bitirmək istəyir və əsas hesablaması belədir ki, Krım ssenarisində olduğu kimi, indi də ilhaq edilmiş ərazilər üzrə "təmas xətti” qurulur, proses "dondurulmuş münaqişə” üzrə hərbi sferadan diplomatik mübarizəyə keçir. Putinin "nüvə şantajını” yeniləməsi də ilhaqdan sonra Qərbə qarşı "strateji çəkindirmə” taktikasıdır.

Qərbdə əvvəl daha güclü olan döyüşün "mövqe müharibəsi” mərhələsinə keçidi və prosesin danışıqlar masasına daşınması mövqeyi indi arxa plana keçmiş kimi görünür, hərçənd, burada həlledici amil Avropanın enerji problemini necə aşa biləcəyi və Rusiyaya qarşı cəbhənin nə qədər bütöv qala biləcəyi olacaq.

Asif Nərimanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az