“Putinin bu təklifi...” – Köçəryandan ağlasığmaz Qarabağ iddiası

“Putinin bu təklifi...” – Köçəryandan ağlasığmaz Qarabağ iddiası

"Ermənistan hakimiyyəti Qarabağ müharibəsində məğlub olmağımız üçün əlindən gələni etdi”.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Azərbaycan ordusuna məğlubiyyəti özünə sığışdırmayan Xocalı cəlladı müharibədəki məğlubiyyətin Ermənistan hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırıldığını iddia edib.

"Həm müharibə dövründə, həm də əsasən ondan sonra hökumətin və şəxsən baş nazirin hərəkətləri ilə bağlı çox ciddi şübhələr dilə gətirildi. Bunları mən, iki general-polkovnik, üçüncü prezident və bir çox başqa şəxs ifadə etdi”, - Köçəryan bildirib.

Onun sözlərinə görə, rəsmi şəxslər bu şübhələrin heç birinə prinsipcə anlaşıqlı cavab verməyiblər:

"Səlahiyyətli orqanların anlaşıqlı izah verə bilməməsi normal deyil. Məsələn, müharibənin üçüncü günü Silahlı Qüvvələrin gücləndirilməsini nəzərdə tutan əsas komponenti - səfərbərlik niyə dayandırıldı? Niyə təcrübəli hərbi zabitlər, generallar, polkovniklər dəyişdirildi? Yaxud müharibədən əvvəl vəzifədən uzaqlaşdırıldı? Baş nazir Vladimir Putinin oktyabrın 19-dakı təklifini savaşı dördüncü gündə uduzacağını bildiyi halda niyə qəbul etmədi? Bunlar istintaq orqanlarının araşdırması lazım olan cinayətlər barədə suallardır. Bu məğlubiyyətin planlanlaşdırıldığına inanmaq üçün ciddi səbəblər var”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az