Putin koronavirusdan necə qorunur? - 1,5 milyardlıq xidmət...

Putin koronavirusdan necə qorunur? - 1,5 milyardlıq xidmət...

Rusiya prezidentinə xidmət edən hərbçilər və tibb işçiləri mütəmadi olaraq təcrid olunurlar. Yüzlərlə işçi "təmiz zonaya” - prezidentə xidmət göstərilən əraziyə daxil olmaq üçün gündə dörd dəfə PCR testindən keçir, onların gün ərzində iki dəfə koronavirusa qarşı anticisimləri yoxlanılır.

Modern.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti məlumat yayıb.
 
Məlumata görə, xidmət göstərən şəxslər, həmçinin qrip, qızıl stafilokok və digər infeksiyaları yoxlamaq üçün əlavə testlər verirlər.
 
Karantinə daxil olmaq üçün iki gün əvvəl qanda koronavirusa qarşı anticisimlər üçün analiz vermək lazımdır. Karantində olarkən 12 gün ərzində gündə dörd dəfə PCR, on ikinci gündə isə qanda antikor testi aparılmalıdır.
 
Əgər yoxlanılan şəxsdə antikor yoxdursa, 14 gün təcrid olunduqdan sonra "təmiz zonaya”, yəni prezidentin ərazisinə buraxılır.
 
Kreml strukturları prosesə təxminən 1,5 milyard rubl xərcləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az