Putin gizli silahını ortaya çıxarıb – İki min kilometr məsafə qət edib...
ABŞ Prezidenti Co Baydenin Şimali İrlandiyaya səfər etdiyi bir vaxtda Rusiya yeni qitələrarası ballistik raketini sınaqdan keçirib.
"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya lideri Vladimir Putinin bu addımı Qərb mediası tərəfindən "güc nümayişi” kimi şərh edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gizli saxlanılan ballistik raket 11 aprel tarixində Ukraynayla sərhəddən cəmi 550 kilometr aralıda yerləşən obyektdən buraxılıb.
Nazirlikdəm bildirilib ki, məqsəd yeni raketin mümkün döyüş qabiliyyətini sınaqdan keçirmək olub.
İki min kiometr məsafə qət edən ballistik raket Qazaxıstanın qərbində Balxaş gölünün sahilində şərti hədəfi vurub.
Sözügedən raket hədəfə çatmaq üçün təxminən 2 min kilometr məsafə qət edib.