Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

Rusiya Prezidenti Vladimir Putin polkovnik-leytenant Andranik Qasparyanı "Rusiya Qəhrəmanı” adının verilməsi ilə bağlı fərman imzalayıb.

Miq.Az rus mediasına istinadla xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Aleksandr Burkov məlumat yayıb.

Sərhəd müdafiəsi briqadası bölüyünün komandiri olan Qasparyanın Xerson vilayətindəki körpünün ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülüb. Belə ki, 3 gün mühasirədə qalmasına və ardıcıl aviazərbələrə baxmayaraq, dəstə geri çəkilməyib. Qrup bu döyüş ərzində düşmənin, yəni Ukraynanın 23 ədəd zirehli maşınını məhv edib, 9 hücumunu dəf edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az