“Prokuror 40 min dollar rüşvət istəmişdi” — Məşhur vəkildən açıqlama

“Prokuror 40 min dollar rüşvət istəmişdi” — Məşhur vəkildən açıqlama

"Rüstəm Usubov da, Zakir Qaralov da getdi. Mənim vəkillikdən xaric olunmagım üçün mümkün etdikləri pisliyi etdilər”.

Miq.Az xəbər verir ki, bunu tanınmış vəkil Osman Kazımov deyib. O, bildirib ki, altı ay məhkəmədə onlarla mücadilə edib:

"Həm də məcburi köçkün, ailəmin yeganə qazanc gətirəni kimi. Tural Kərimovu şərləmişdilər. Ölüm işi qoymuşdular üzərinə. Prokuror 40 min dollar rüşvət istəmişdi. Prokurorun səsini yazdırmışdılar mən o işə çıxmazdan əvvəl. 

Öldürən başqası idi. Hətta Respublika Agır Cinayətlər Məhkəməsi o işi bir dəfə geri qaytardı. Dedi gedin zibilinizi yola verin. 

Hüseyin Talıbovun oğlu saxta materiallar toplamışdı haqqımda. Azər Tagıyev siyasi tələblər edirdi məndən. Dözdüm,döyüşdüm. Məhkəmədə mənə qarşı sürülən ittihamlarını darmadağın etdim. Qalib gəldim. Əyilmədim, sınmadım. 

Bu gün heç biri yoxdur. Azər Tagıyev dünyasını dəyişib, Rüstəm Usubov və Zakir Qaralov vəzifələrini itirib. Yüz milyonlarla ölçülən əmlaklarının siyahısı paylaşılır. Tural Kərimov cəza çəkir, qatil azadlıqda.

Mən isə burdayam, yerimdəyəm. Vicdanla, başı dik iş başındayam”.(yenisabah.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az