Növbəti PROFESSORDAN Azərbaycan tarixi ilə bağlı HƏYƏCAN

Növbəti PROFESSORDAN  Azərbaycan tarixi ilə bağlı HƏYƏCAN
 
Fazil Baxşəliyev  
Tarix elmləri doktoru, professor

Sovetlər dönəmində Azərbaycanda tarix elmi və onun siyasi əhəmiyyət kəsb edən problemlərinin araşdırılıb öyrənilməsi, tarixi hadisələrin xalqa olduğu kimi çatdırılması o qədər asan olmamışdır. O dövrün bir çox Azərbaycan tarixçiləri yazdıqları əsərlərinə görə ciddi təqib və təzyiqlərə də məruz qalırdılar.
      
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra tarixçilərimiz üçün  Azərbaycan tarixinin bütün dövrləri üzrə ayrı - ayrı problemlərin araşdırılması, gerçəkliklərin üzə çıxarılması sahəsində geniş imkanlar yarandı. Onlar bu imkanlardan istifadə edərək sanballı və ciddi monoqrafiyalar, dərs vəsaitləri, elmi məqalələr yazıb nəşr etdirirlər. 
      
Lakin bunlarla bərabər son illərdə ali məktəblərin tarix fakultələrində, xüsusi ilə də qeyri - ixtisas fakultələrində Azərbaycan tarixi fənninin tədrisinə ayrılmış dərs yükü saatları azaldılmışdır. 
     
Hətta keçən tədris ilində qeyri - ixtisas fakultələrində bəzi ixtisaslar üçün bu fənn üzrə dərs yükü 75 saatdan 45 saata endirilmişdir.
     
Son günlərdə növbəti tədris ilində Azərbaycan tarixi fənninin ali məktəblərin qeyri - ixtisas fakultələrində bütün ixtisaslar üzrə Azərbaycanın müstəqil dövlətçilik tarixi adı ilə 45 saat miqdarında tədrisi məsələsi gündəmə gətirilmişdir. Bu isə o deməkdir ki, sözü gedən fakultələrdə Azərbaycanın müasir dövr tarixinin tədrisi nəzərdə tutulur. 
     
 Hesab edirəm ki, Azərbaycan tarixi fənninin bu adla tədrisi heç bir halda düzgün  deyil. Ən azı ona görə ki, nə vaxtsa Hindistan çöllərindən Orta Şərqə köç edib Qərbi Azərbaycanda işğal yolu ilə özünə dövlət qurmuş şudra tör - töküntüləri olan ermənilər də internet saytlarında, sosial şəbəkələrdə Azərbaycanın dövlətçilik tarixinin XX əsrdən başlamasına dair ardı - arası kəsilməyən çıxışlar edir, tariximizi saxtalaşdırmaq üçün  heç nədən çəkinmirlər. 
       
Azərbaycan tarixi fənninin yuxarıda göstərilən ad altında və dövr daxilində tədris edilməsi haqqında qaldırılan məsələ də erməni saxtakarlarını xalqımızın dövlətçilik tarixinin nə vaxtdan başlaması haqqında yalanları ilə üst - üstə düşür. 
     
Azərbaycan tarixinin tədrisi kimi taleyüklü məsələsini Təhsil Nazirliyinin bəzi əməkdaşlarının özləri istədiyi kimi  müəyyən etməyə ən azı haqları yoxdur. Çünki bu məsələ, onun siyasi tərəflərinə hələlik toxunmayaraq, təkcə tədris - elmi  yox, eyni zamanda mənəviyyat məsələsidir.
    
Bu məsələ, gündəmə gətirilməzdən əvvəl, ən azı AMEA Tarix İnstitutu ali məktəblərin tarix fakultələri ilə müzakirə edilməli və bu müzakirələrin nəticələri ali məktəblərdə Azərbaycan tarixi fənninin tədrisi ilə əlaqədar qərar qəbul edilməsində hökmən nəzərə alınmalıdır. Çünki bu məsələ həm də 50 milyonluq Azərbaycan xalqının tarixi ilə bağlıdır. 

Hesab edirəm ki, bu məsələ ilə bağlı tək tarixçilərimiz və müəllimlərimiz deyil, həm də bütün ziyalılarımız sosial şəbəkələrdə fikirlərini bildirəcəklər.     

Miq.Az
        



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az