Prezident və xanımı "Qalatasaray"-"Qarabağ matçını stadionda izləyir

Prezident və xanımı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Qarabağ” və "Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə matçını izləyirlər.
Miq.Az xəbər verir ki, bu oyun qardaş Türkiyədə baş vermiş "Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

Görüşdən əldə olunacaq bütün gəlir zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az