Prezident: “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi və siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi

Prezident: “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi və siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi
1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi.

 

Miq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

 

"Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə tanıdan ilk tədbir oldu”, - deyən dövlətimizin başçısı davamlı dəstəyə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az