Prezident elan etdi: Bura tarixi Azərbaycan torpağıdır

Prezident elan etdi: Bura tarixi Azərbaycan torpağıdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı ölkə Prezidentinin Hacıqabul səfərinə toxunaraq, bildirib ki, bu səfər zamanı əsas məqamlardan biri dövlət başçısının Qarabağın bərpası və məcburi köçkünlərin öz yerlərinə qayıdışı məsələsini birmənalı şəkildə vurğulaması olub.

Miq.Az xəbər verir ki, deputat bu səfərin əsas məqamlarından birinin Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməyəcəyini yenidən açıq şəkildə dilə gətirməsi olub.

"Səfərin, xüsusilə, ölkə Prezidentinin müsahibəsinin digər önəmli, başlıca məqamarından biri də Zəngəzurla bağlı məsələnin daha açıq və birmənalı şəkildə dilə gətirilməsi idi. Ölkə Prezidenti bir daha bu məsələyə qayıdaraq, Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və bu torpağın insanlarının, əzəli-əbədi sakinlərinin öz yurdlarına dönəcəyini bəyan etdi. Bu, çox mühüm mesaj və bəyanat idi. Bu, Azərbaycanın haqlı mövqeyinin növbəti bəyan idi”, - Komitə sədri nitqini yekunlaşdırıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az