"Plastik və Polietilen tullantılardan təbiətimizi qoruyaq" adlı ilk vebinar


QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı sayəsində Ekoloji İnformasiya İB –yi bərdəli ictimai fəallar  üçün "Plastik və Polietilen tullantılardan təbiətimizi qoruyaq" adlı ilk vebinarını keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ekoloji İnformsiya” İB növbəti  layihə həyata keçirir. İcrasına iyulun 15-dən başlanan " Plastik və polietilen tullantıların təbiətimizə və sağlamlığımıza vurduğu zərəri minimuma endirək!” adlı layihə çərçivəsində buklet, flayer və posterlərin hazırlanıb yayılması ilə yanaşı Bərdə, Tərtər, Yevlax sakinləri üçün vebinarların təşkili nəzərdə tutulub.

Sentyabrın 18-də Bərdə sakinləri üçün " Plastik və polietilen tullantılardan təbiətimizi qoruyaq ! mövzusunda Ekoloji İnformasiya İB-nin Zoom proqramı vasitəsilə ilk vebinarı baş tutub. Video seminarda müxtəlif sahənin adamlarının iştirakı ilə maraqlı diskusiya aparılıb. 

Vebinarı giriş sözü ilə açan "Ekoloji İnformasiya” İB-nin sədri Musa Murdlı  layihə haqqında geniş məlumat verib. Layihə çərçivəsində görüləcək işlərdən danışıb.

QHT sektorunda böyük təcrübə sahibi, telejurnalist  Rasim Zeynalov, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə şəhər Bələdiyyəsinin sədr müavini Ruslan Əhmədov, tərəfdaş  QHT nümayəndələri , Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, ictimai fəal, ekoloq Gülnarə Bağırova müasir dünyanın ekoloji probleminə çevrilmiş plastik və polietilen tullantıların yaratdığı təhlükədən danışıblar.
Sonda vebinar iştirakçıları qeyd ediblər ki, cəmiyyətin plastik və polietilen tullantılara münasibətini dəyişmək üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az