“Paşinyan ya Ermənistana ölüm hökmü imzalamalıdır, ya da...” – Baş nazirin ünvanına hədə-qorxular artır

“Paşinyan ya Ermənistana ölüm hökmü imzalamalıdır, ya da...” – Baş nazirin ünvanına hədə-qorxular artır
"Baş nazir Nikol Paşinyanın iki variantı qalıb: ya Ermənistan Respublikasına ölüm hökmü, ya da istefa ərizəsi imzalamaq”.

"AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu müxalif Respublika partiyasından olan deputat Ayk Mamicanyan parlamentdəki çıxışında deyib. Serj Sarqsyanın partiyasını təmsil edən Mamicanyan bildirib ki, Paşinyan artıq Qarabağla bağlı düşündüyünü həyata keçirməkdədir: "İndi bizim – erməni xalqının növbəsi çatıb”.

Deputat iddia edib ki, ermənilərin 90 faizi Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının əleyhindər və müxalifət əlindən gələn hər şeyi edəcək ki, ermənilərin bu mövqeyi hakimiyyətin fəaliyyətində öz əksini tapsın.

Kütləvi etiraz aksiyalarına eyham vuran Mamicanyan həm də müxalifətin adından ermənilərdən üzr istəyib ki, son 5 ildə Paşinyan komandasının hakimiyyətdə qalmasın imkan verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az