Paşinyan və Köçəryanın tərəfdarları toqquşdu

Paşinyan və Köçəryanın tərəfdarları toqquşdu

Gümrüdə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın tərəfdarları ilə Robert Köçəryanın tərəfdarları arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Vardanants” meydanındakı mitinqdən sonra Paşinyan və tərəfdarları şəhər mərkəzinə doğru yürüş ediblər. Toqquşma da Paşinyan tərəfdarlarının "Ermənistan” (Hayastan) blokunun qərargahının yanından keçdikləri zaman baş verib.

"Ermənistan” blokunun Şirak vilayəti üzrə koordinatorlarından biri Karapet Poqosyan bildirib ki, davaya ilk olaraq Paşinyanın tərəfdarları başlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az