Paşinyan Putini Fransanın prezidenti adlandırdı - VİDEO

Paşinyan Putini Fransanın prezidenti adlandırdı - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan yenə özünü biabır edib. Belə ki, o, Parlamentdə Qarabağ münaqişəsi barədə danışarkən Rusiyanın dövlət başçısı Vladimir Putini Fransa prezidenti adlandırıb.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Paşinyan çıxışı zamanı 2020-ci ilin payızında Qarabağda atəşkəsə dair razılaşmaların təfərrüatlarına toxunarkən belə deyib:

"ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin oktyabrın 1-də verdiyi açıqlamaya uyğun olaraq... "

Yenidən gülüş hədəfinə çevrilən Ermənistanın Baş nazirinin bu çıxışının görüntüləri sosial şəbəkələrdə virus sürəti ilə yayılıb.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az