Paşinyan: Əgər Qarabağın “müstəqilliyini” tanısaq...

Paşinyan: Əgər Qarabağın “müstəqilliyini” tanısaq...

Ermənistanın Qarabağın (qondarma və keçmiş "dqr” nəzərdə tutulur – red.) "müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda deyib.

Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına cavab verib:

"Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim "artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə "arsax”ı tanımırıq. Onlara görə ki, əgər o cümlə müharibəyə gətirib çıxarmışdısa, "arsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”, - Paşinyan bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az