Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu - İldırım vurub

Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu - İldırım vurub
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Miq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!

 

***

09:59

 

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

 

Yaxınlarının Lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

 

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az