Nikol Ordu Gününə qatılmamaq üçün “xəstələndi”

Nikol Ordu Gününə qatılmamaq üçün “xəstələndi”

Baş nazir Nikol Paşinyan Ordu Gününə həsr olunmuş tədbirdə iştirak etmək istəməyib və bu səbəbdən onun koronavirusa yoluxduğunu elan etmək qərara alınıb.

Miq.Az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazıb.

Nəşr bildirib ki, Paşinyanın koronavirusa növbəti dəfə yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur, çoxları buna şübhə ilə yanaşır:

"Xəstəliyin simptomsuz olduğu bildirilir. Çoxlarını maraqlandırır ki, əgər belədirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Və baş nazir infeksiya əlaməti olmasaydı, həkimə müraciət edərdi?”

Qəzetin yazdığına görə, bütün bunlar 28 yanvara planlaşdırılan Ordu Günü tədbirləri ilə bağlıdır:

"Sabah K.Dəmirçyan adına İdman Kompleksində 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbir planlaşdırılır. Şayiələrə görə, təşkilatçılar təsirli emosional tamaşa hazırlamaq istəyiblər, lakin müharibə veteranları bundan imtina ediblər. Paşinyan da şou olmayan, adi tədbirdə iştirak etmək istəməyib”.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az