Nikol Əliyevlə görüşə bacısını gətirməkdə israr etdi

Nikol Əliyevlə görüşə bacısını gətirməkdə israr etdi

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşlə bağlı Ermənistan tərəfinin qəbuledilməz şərtinin olması barədə fikirlərinə İrəvan cavab verib.

Axar.az xəbər verir ki, Ermənistan XİN görüşün "Praqa formatında” keçirilməsini məqbul saydıqlarını bir daha təkrarlayıb.

"6 oktyabrda Praqada Makronun da iştirakı ilə dördtərəfli görüş keçirilmişdi və görüşün formatının qalması məntiqlidir. İrəvan "Praqa formatı”nda 7 dekabrda Brüsseldə görüşün keçirilməsinə razıdır”.

Qeyd edək ki, bu, Ermənistanın növbəti riyakarlığının bariz nümunəsidir. Praqada görüş birbaşa görüş deyildi, "Avropa siyasi birliyi” Zirvəsi çərçivəsində keçirilmişdi və AB Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşən növbəti görüşdə Makronun da iştirakına Azərbaycan etiraz etməmişdi. Başqa sözlə desək, "Praqa formatı” deyilən bir platforma yoxdur, bu iddia siyasi riyakarlıqdır. Söhbət ən yaxşı halda AB-nin vasitəçiliyi ilə "Brüssel formatı”nda gedə bilər ki, burda da yeganə vasitəçi tərəf AB və Şarl Mişeldir.

Ümumiyyətlə isə istər Rusiyada, istər Avropada, istərsə də ABŞ-da keçirilən müxtəlif səviyyələrdəki görüşlərdə "4-cü tərəf” olmayıb və yoxdur: Rusiyadakı görüşlərdə Putin, Avropadakı görüşlərdə Şarl Mişel, digər səviyyələrdə keçirilən görüşlərdə isə (XİN başçıları və yaxud Prezidentin köməkçisi-TŞ katibi) Rusiya XİN başçısı Lavrov və yaxud ABŞ Dövlət katibi Blinken iştirak edib.

"Dördtərəfli format” isə yoxdur, olmayıb və olması da məqbul deyil. Əgər vasitəçi kimi Şarl Mişel iştirak edirsə, Paşinyanın Əliyevlə söhbətində daha bir lider niyə iştirak etməlidir? Həm də bu şəxs antiazərbaycan mövqeyini dəfələrlə elan edibsə.

Görünür ki, Paşinyan görüşdən qorxduğunu növbəti dəfə etiraf edir və razılaşmaları yerinə yetirməmək, görüşün məzmununu dəyişmək üçün "bacısını” mütləq dövriyyəyə buraxmaqda israrlıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az