Naxçıvanda nazir işdən çıxarıldı, yenisi təyin olundu

Naxçıvanda nazir işdən çıxarıldı, yenisi təyin olundu

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

Miq.Az "Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az