"Moskva qorxu içindədir..." - Evlərin damında HHM sistemləri quraşdırılmağa başlanılıb...

"Hər şey plan üzrə gedir, böyük strateqin dahi öncəgörmə qabiliyyəti varmış..."

"Evlərin damında HHM kompleksləri işə salınanda, onun qalıqları yaxınlıqda olan insanların başlarına düşəcək..."
 
"Kremlə yaxın yerləşən binaların, Rusiya müdafiə nazirliyi binasının damında "Pansir-C" HHM zenit-raket kompleksləri quraşdırılıb..."
 
"Kremlin ərazisində güclü, supermüasir və işlək HHM mövcuddur..."
 
Rusiya paytaxtının mərkəzi hissəsində binalarda hava hücumundan müdafiə sistemlərinin quraşdırılması diqqəti cəlb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Aviva.pro" portalı məlumat yayıb.
 
Mənbənin məlumatına görə, belə tədbir Ukraynanın uzaqvuran silahdan istifadə etmək təhdidləri ilə bağlıdır.
 
Sosial şəbəkələrdə Moskvanın çoxmərtəbəli binalarında HHM sistemlərinin quraşdırılmasının sənədli sübutları üzə çıxıb. O cümlədən, inzibati binaların birinin damında "Pansir-C" zenit-raket kompleksinin şəkilləri və videoyazısı üzə çıxıb. Həmin ev Kremldən cəmi iki km aralıda, Teterinsk döngəsində yerləşir.
 
Sosial şəbəkələrdə həmçinin Frunze sahil küçəsində yerləşən Müdafiə Nazirliyinin binasının fotoşəkilləri paylaşılıb, orada binanın damında zenit-raket qurğusunun quraşdırıldığı görünür.
 
Yeri gəlmişkən, Kreml ərazisində də güclü, supermüasir və, ən başlıcası, işlək HHM mövcuddur.
 
"Pansir-C" yerüstü və dəniz mənzilli özüyeriyən zenit-top kompleksidir. O, mülki və hərbi obyektlərin hava hücumunun bütün vasitələrindən, həmçinin yerüstü və suüstü təhlükələrdən yaxın məsafədən qorunmaq üçün nəzərdə tutulub. Xarici dəstək olmadan hədəfləri 20 km-dək vurmağa qadirdir.
 
Bundan öncə məlumat verilib ki, Rusiya hakimiyyəti Moskvanın "hava qalxanı"nı möhkəmləndirir. Buna səbəb Ukraynanın ən yeni PUA-ları və Rusiyanın getdikcə paytaxtına yaxın strateji obyektlərinə zərbələri olub.
 
Moskvada zenit-raket kompleksləri və idarəetmə mərkəzləri üçün meydançaların tikintisinə başlanılıb.
Onların əksəriyyəti şəhər dairələrində, Moskvaətrafının cənubu və cənub-şərqində yerləşir, lakin şəhərin özündə də yeni dislokasiyalar var.
 
HHM kompleksinin necə idarə edilməsi bəlli deyil, mümkündür ki, söhbət mərkəzləşdirilmiş idarəetmə sistemi olan HHM şəbəkəsindən gedir.
 
Bu mövzuda hakimiyyət tərəfindən rəsmən şərhlər hələlik olmasa da, sosial şəbəklərdə geniş müzakirəyə səbəb olub.
 
"Hər şey plan üzrə gedir, böyük strateqin dahi öncəgörmə qabiliyyəti varmış!" - istifadəçilərdən biri yazıb.
 
"Hələ dünənədək Lavrov yaşayış məhəllələrində HHM sistemlərinin yerləşdirilməsinə görə Ukraynanı pisləyib, bu gün isə belə sistemlər Moskvanın düz mərkəzində binaların damında quraşdırılır", - narahat moskvalılar yazıb.
 
"Hərbi ekspert Roman Svitan Moskvanın mərkəzində yaşayan sakinlərinə ehtiyatlı olmağı tövsiyə edib: evin damlarında yaxın mənzilli HHM kompleksləri işə salınanda onun qalıqları yaxınlıqda olan insanların başlarına düşəcək, - başqaları xəbərdarlıq edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az