Mikayıl Cabbarov Naxçıvana getdi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gəlib.
Miq.Az APA-ya istinadən xəbər verir ki, nazir bugün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.
Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.