Media subyektləri ilə bağlı yeni qanun layihəsi hazırlandı

Media subyektləri ilə bağlı yeni qanun layihəsi hazırlandı
Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb.

Globalinfo.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, qanun layihəsinə əsasən media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunacaq.

Həmçinin istehsal etdikləri media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad ediləcək.

Əhməd İsmayılov bildirib ki, qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.
[video=http:/ ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az