Mədəniyyət Nazirliyində kadr təyinatı - FOTO
Mədəniyyət Nazirliyində kadr təyinatı olub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
A.Yusubov bu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi - sədrin köməkçisi vəzifəsində çalışıb. O, kiçik dövlət müşaviridir.