Ölkəmizdə koronaya yoluxma və ölüm sayı artdı

Ölkəmizdə koronaya yoluxma və ölüm sayı artdı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Miq.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər COVİD-19-dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir.

Ötən müddət ərzində 1 682 234 test aparılıb. Bugünkü test sayı isə 16 402-dir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az