“Laçın dəhlizi və təmas xəttində...” – Putindən Qarabağ açıqlaması

“Laçın dəhlizi və təmas xəttində...” – Putindən Qarabağ açıqlaması

Rusiya Prezidenti Vladimir Putin hazırda Qarabağla bağlı üçtərəfli bəyanatın bəndlərinin ardıcıl olaraq həyata keçirildiyini söyləyib.

Miq.Az xəbər verir ki, Rusiya prezidenti təmas xəttində və Laçın dəhlizi boyunca sülhməramlı qüvvələrin olduğunu da vurğulayıb.

"Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiya tərəfindən aktiv vasitəçilik səyləri göstərildi. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa arasında əldə etdiyi əsas razılaşmaları nəzərə aldıq”, - Putin bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az