Kərəm Mustafayevlə bağlı şok: Əsgərə 250 qram əvəzinə 100 qram ət verirdi

Kərəm Mustafayevlə bağlı şok: Əsgərə 250 qram əvəzinə 100 qram ət verirdi


2014- cü ildən mən Naxçıvanda xidmət etmişəm. Ərzaq təminatında olan hər əsgərə 250 qram əvəzinə 100 qram ət verildiyinin şahidi olmuşam. Zabit, gizir, MAXE heyətinin ərzağı ümumiyyətlə yeməkxanaya verilməyib, növbətçi və cavabdeh heyətdən başqa zabit gizir, MAXE heyəti yeməkxanaya buraxılmayıb. Yay dövründə səhər yeməyinə isti yemək verilməyib.
Miq.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist və ekspert Heydər Oğuz qeyd edib.

"Sonra deyirlər, Kərəm Mustafayev çox iş görüb. Təkcə əti hesablayanda 500000, yəni yarım milyon pul qazanıb. Plastik pəncərələr, komandir çantaları, və s. İki qış boyunca əsgərlərə ümimiyyətlə qış geyimi verilməyib, əsgərlər qışı köhnə yay geyimlərində keçirib. Görün bu şəxsiyyət dediyiniz şəxs dövlətə və orduya nə qədər zərər verib”, - deyə o əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az