Kəlbəcər

Kəlbəcər
Adil Həmid 07.12.1967 ci ildə Kəlbəcər rayonunda anadan olub. M.F Axundov adına Pedaqoji Universiteti fərqlənmə diplomu ilə bitirib. Orta məktəbdə direktor müavini işləyir. MnSK-sədridir. 3 almanaxda və dövri mətbuatda şeirləri dərc olunub. 2 kitabın müəllifidir. ("Təmənmmasız sevgi yoxmuş" və "Nəcəfalılara gedən yol") Ailəlidir.

Sovqatın süfrərəyə bərəkət verdi.
Minbir nemətinlə dolu, Kəlbəcər!
Xəstəykən şəfaya qovuşdu əzam.
Şükür Yaradana, ulu Kəlbəcər!

Zəhər dadan dilim dönübdü qəndə,
Açıldı düşənlər tilsimə, bəndə.
Allahın hökmüylə başlayam mən də,
Arzularda qalan yolu, Kəlbəcər!

Kölgəm burda, orda ruh da özümün
Ləhcəmin şəkəri, dadı sözümün.
Qəlbimin taqəti, nuru gözümün,
Cismimin qanadı, qolu, Kəlbəcər!

O ulu görüşə məndə tab qala
Axı mənsiz qalıb çəmən, çöl, tala.
Ümidim sənədir, ay Allahtala.
Qoy olsun ömrümün sonu Kəlbəcər!

Adil, gəl səbr eylə, günlər gələcək
Ağlayan, sızlayan üzlər güləcək.
Bir gün Prezidentim qərar verəcək
Köç başlasın zəfər yolu-Kəlbəcər!

Adil Həmid 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az