"Kapital Bank“ qazi anasının yalvarışlarına məhəl qoymur - 8 aydır maaşından pul çıxır


Kapital Bank” Vətən müharibəsində bədəninin 50 faizi iflic olan qazinin kredit borcunu nə bağlayır, nə də dondurur.

Miq.Az xəbər verir ki, bununla bağlı sosial mediada qazinin anası məlumat paylaşıb:

"1996-cı il təvəllüdlü baş leytenant Cavad Qələndərli mənim oğlumdur. 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən ağır döyüşlərdə yaralanıb. 9 aydır xəstəxanada müalicə alır. Bədəninin 50 faizindən çoxu iflicdir. Çox ağır xəstədir, yataqdadır. Əlil arabası ilə hərəkət edir. Sağ olunlar, sıravi insanlar bizə dəstək olur. Hazırda oğlumun "Kapital Bank”a kredit borcu var. 8 aydır yalvarıb, müraciət edirəm ki, bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq, onun ehtiyaclarını ödəmək nə deməkdir, bilənlər var. Bank isə buna əhəmiyyət verməyərək, hər ay maaşından avtomatik borca çıxır. Yarımcan, yorğan-döşəkdə yatan, torpaq uğrunda canını qoyan, 25 yaşında əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən? Mənə çöl qapısını göstərən bank müdriyyəti bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizə...!”.

Məsələ ilə bağlı "Kapital Bank”a sorğu ünvanlasaq da cavablandırılmadı.

Qeyd edək ki, bəzi Azərbaycan bankları ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərin borclarını ya müvəqqəti dayandırıb, ya da onlara hesablanmış faiz və digər ödəmələri tam həcmdə silib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az