Kamaləddin Qafarovun şirkəti yenidən cərimələndi

Kamaləddin Qafarovun şirkəti yenidən cərimələndi
Azərbaycanın tibbi tədarükçülərindən biri olan "Azəri Med” QSC barəsində yenidən cərimə protokolu yazılıb.

Miq.Az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: "Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə "Zəfəran aptek”, "Kanon aptek”, "Zəfəran hospital”, "Tibbi market” və "Günəbaxan aptek” kimi brendlər daxildir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az