Jirinovskidən şok: Leninin cəsədini yandıraq!

Jirinovskidən şok: Leninin cəsədini yandıraq!

Əgər kommunistlər Leninin cəsədini amerikalı sənətçi Devid Datuna satmaq istəmirlərsə, o zaman onu krematoriyada yandırıb, kolbada külünü anasının, yaxud atasının məzarı yanında dəfn etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) deyib.

"Məsələn, amerikalı rəssam Devid Datun Leninin cəsədini almağa və Vaşinqtona aparmağa hazırdır. Mən xoşbəxtlikdən mavzoleyi hissə-hissə ora daşımağa hazıram. O, bunun üçün bizə 1 milyard dollar (əslində sənətçi 1 milyon təklif edib - red.) ödəməyə hazırdır. Böyük puldur. Əgər bu qədər böyük pulu biz alacağıqsa, nəyə lazımdır o cəsəd... O zaman krematoriyada onu yandıraq və külünü kolbada Simbirskidə atasının, yaxud Peterburqda anasının məzarı yanında dəfn edək”, - deyə Jirinovski bildirib.
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az