İrəvan Moskva ilə Qarabağa xarici vətəndaşların giriş rejiminin müzakirəsinə başladı-?..

İrəvan Moskva ilə Qarabağa xarici vətəndaşların giriş rejiminin müzakirəsinə başladı-?..

Azərbaycan dövlətinin ərazisinə kimin daxil olub-ola bilməyəcəyini hansı əsasla Rusiya və Ermənistan hökumətləri müzakirə edir?..
 
Ermənistan höküməti Rusiya ilə əcnəbilər üçün Dağlıq Qarabağ ərazisinə yeni giriş rejiminin təşkilini müzakirə edir.
 
Moderator.az xəbər verir ki,  bu barədə Ermənistanın Diasporla İş üzrə Baş Səlahiyyətlisi Zare Sinanyan "RİA Novosti"-yə müsahibəsində danışıb.  Söhbət keçmiş  Dağlıq Qarabağın Azərbaycanın birbaşa nəzarətində olmayan bölgələrini ziyarət etməkdən gedir.
 
Sinanyan bu məsələni Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini bildirib.
 
"Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayırlar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar da Dağlıq Qarabağı ziyarət etməyi sevirlər. Və üzümüzə gələn yay da bir çox insan  Qarabağa getmək istədikdə elə bir vəziyyət yarana bilər ki, hazırkı rejim üzündən bunu edə bilməsinlər” – deyə Sinanyan həyasızcasına bildirib.
 
Onun sözlərinə görə, söhbət Xankəndi, Ağdərə və ya erməni tərəfi və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki digər bölgələri ziyarət etməkdən gedir.
 
"İndi yeni rejim elədir ki, hər kəs səfərdən 7 gün öncə Dağlıq Qarabağın Ermənistandakı nümayəndəliyinə bir ərizə təqdim etməlidir. Bunun əsasında tutulan siyahı rus sülhməramlılarına verilir və sonra kimlərin Qarabağa gələ biləcəyinə və ya  gələ bilməyəcəyinə qərar verilir” – Ermənistan rəsmisi izah edib.
 
P.S. Azərbaycan dövlətinin ərazisinə onun sərhədindən keçməklə kimin daxil olub-ola bilməyəcəyini hansı əsasla Rusiya və Ermənistan hökumətləri müzakirə edir? Bəs biz nə karəyik?..
 
Sultan Laçın
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az