İrəvan dükanlarındakı Pakistan düyüsü qafil erməniləri şoka saldı...-FOTO

İrəvan dükanlarındakı Pakistan düyüsü qafil erməniləri şoka saldı...-FOTO

Ermənistan paytaxtındakı bəzi marketlərdə Azərbaycan və Türkiyə ilə dost olan Pakistan istehsallı düyülərin satılması Azərbaycanın "dəmir yumruğu”ndan sonra da qəflət yuxusunda hələ ayılmamış, ifrat millətçi erməniləri hiddətləndirib.
 
Miq.Az xəbər verir ki, "andranik” teleqram-kanalının yaydığı məlumatda belə deyilir.
 
"Yerevanın supermarketlərində sizi düşmən kimi qəbul edən və müstəqilliyinizi belə, tanımayan dövlətin məhsullarını tapsanız, təəccüblənməyin. Bir ölkəni xainlər idarə etdikdə bu, əksər hallarda belə olur. Pakistan mənşəli düyü Samvel Aleksanyana ("Lfik”) məxsus olan "Yerevan City” supermarketlərində satılır. Ermənistana Çin, Hindistan və ya İrandan deyil, Pakistandan düyü gətirmək üçün nə qədər əbləh olmalısan?”- deyə erməni teleqram-kanalı yazır.(moderator.az)
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az