İran öz yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan etdi

İran öz yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan etdi
"Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir". İranın "Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Yollar və Yol İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayati Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına yazdığı məktubda deyilir.

Yol idarəsi, rəsmi məlumatında, Ermənistan ərazisindən Azərbaycan Respublikasının ərazisi olan Qarabağa və Laçın rayonunun (Şərqi Zəngəzur) ərazisinə girməsinin, habelə bölgə ilə hər hansı bir ticarət müqaviləsinin imzalanmasının qadağan edilməsindən xəbər verir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az