İran radikal dəyişiklik təklif etdi – Qərb təəccübləndi

İran radikal dəyişiklik təklif etdi – Qərb təəccübləndi

İran Vyana danışıqlarında nüvə sənədi layihəsində radikal dəyişiklik təklif edib.

Miq.Az xəbər verir ki, bu sözləri Rusiyanı Vyanadakı beynəlxalq təşkilatlarda təmsil edən Mixail Ulyanov deyib.

O bildirib ki, nüvə danışıqları ilə bağlı əvvəlki 6 raundda razılaşdırılan məqamlara ciddi dəyişiklik təklif edən İranın bu addımını Qərb nümayəndələri "həddən artıq radikal” hesab edir.

M.Ulyanov ABŞ Dövlət katibi Entoni Blinkenin "İranın nüvə sazişinə qayıtmaqla bağlı ciddi addımlarını görmürük” sözlərinin də bununla bağlı olduğunu bildirib.

O, həmçinin vurğulayıb ki, Vyana danışıqlarında razılıq əldə edilən bircə detal da yoxdur:

"Amma əlbəttə, dəyişiklik, əlavələr həmişə mümkündür. Ona görə də situasiyanı dramatikləşdirmirik. Əslində asan danışıqlar olacağını da kimsə gözləmirdi”.

Qeyd edək ki, Vyanada İranla nüvə müqaviləsi ilə bağlı danışıqların 7-ci raundu 29 noyabrda başlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az