İran küçələri qaynayır - Etirazlar, həbslər...

İran küçələri qaynayır - Etirazlar, həbslər...

İranda sentyabrın 16-da əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.




Bakupost.az xarici mediaya istinadla bildirir ki, indiyədək 80-dən çox yaşayış məntəqəsində davam edən nümayişlərdə minə yaxın adam həbs edilib. Digər tərəfdən, Tehranda hökumətyönlü tərəfdarlar küçələrə axışıb.

Prezident İbrahim Rəisi "İran ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı hərəkət edənlərə qətiyyətlə mübarizə aparmalıdır” deyərək sərt müdaxilə siqnalı verərkən, bir həftədə həyatını itirənlərin sayı 41-ə çatıb.

Beynəlxalq Amnistiya Təşkilatı isə polisin ən azı 20 şəhərdə güllə istifadə etdiyini açıqlayıb.

"Hürriyet”də yer alan xəbərə görə, 80-dən çox yaşayış məntəqəsində keçirilən nümayişlər zamanı minə yaxın adam həbs edilib.




Jurnalistlərin həbsi

Tehran Jurnalistlər Birliyi paytaxtda 10 jurnalistin "casusluq” ittihamı ilə saxlanıldığını açıqlayıb.


İnternet

ABŞ-ın sanksiyadan azad etməsindən sonra Elon Musk peyk internet xidməti Starlink-i İranda istifadəyə verdiklərini açıqladı. Ölkədə "Facebook”, "Twitter”, "TikTok”, "Telegram”, "WhatsApp” və "Instagram” kimi xidmətlər deaktiv edilib. Bununla belə, mütəxəssislərin fikrincə, hazırda İranda bu xidmətdən istifadə etmək üçün peyk qəbulediciləri yoxdur. İşğalın əvvəlində Musk yük maşınları ilə Ukraynaya peyk qəbulediciləri göndərmişdi.


Hökumətyönlü tərəfdarlar da küçələrə axışır





Artan nümayişlərə qarşı minlərlə insan hökuməti dəstəkləmək üçün Tehrana toplaşıb.

Nümayişçilər hökumətyönlü şüarlar səsləndirərək, plakatlar tutaraq İnqilab Meydanına yürüş ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az