İran etiraz aksiyalarına görə ABŞ-ı ittiham etdi, müxalifətın bazasını artilleriya ilə vurdu –Tehranda milli tətilə çağırış olundu

İran etiraz aksiyalarına görə ABŞ-ı ittiham etdi, müxalifətın bazasını artilleriya ilə vurdu –Tehranda milli tətilə çağırış olundu

"ABŞ-ın son etiraz aksiyaları ilə bağlı İranın suverenliyini pozmaq cəhdləri cavabsız qalmayacaq”. 

Azpost.info Röyter-ə istinadən bildirir ki, bu sözləri İran XİN-dən bəyan ediblər.

İran bəyan edib ki, ABŞ qiyamçıları dəstəkləyir və ölkədə qeyri-sabit vəziyyət yaratmağa cəhd edir.

"Vaşinqton həmişə İranda təhlükəsizliyi və sabitliyi zəiflətməyə çalışır. Bu cəhdlər uğursuzdur”-deyə XİN-in rəsmi nümayəndis Nasir Kanani təhlükəsizlik sisteminə bağlı olan Nour News-a açıqlamasında deyib.

Öz instagram səhifəsində Kaani ABŞ və bəzi Avropa ölkələrinin liderlərini baş vermiş faciəvi insidentdən etirazçıların xeyirinə sui-istifadə etməkdə ittiham edib.

İran silahlı kürd dissidentlərini ölkədə davam edən etiraz aksiyalarında iştirakda günahlandırıb. Kürdlər ölkənin şimal-qərbində yaşayır və 10 milyon civarındadır.

İran Qvardiya qüvvələri İraqın kürd bölgəsində yerləşən iran müxalifətinin bazalarını artilleriya atəşinə və dron hucumuna məruz qoyub. Bu barədə isə Tasnim agentliyi məlumat yayıb.

İranın müəllimlərin həmkarlar təşkilatı bazar günü müəllimləri və tələbələri  ümummilli tətilə başlamağa çağırıb.

İranda artıq bir neçə gündür ki, əxlaq polisinin baş yaylığına görə öldürdüyü iddia edilən 22 yaşlı kürd qızı Mahsa Aminin qətli ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir. Etirazlar artıq 100 şəhəri əhatə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az