İran Azərbaycanla sərhədini bağladı

İran Azərbaycanla sərhədini bağladı

İyulun 1-dən etibarən İran Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verib.

Miq.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İyulun 1-dən nə İran vətəndaşları Azərbaycana, nə də Azərbaycan vətəndaşları İrana səfər edə biləcəklər. Naxçıvan istiqamətində də sərhədlər bağlı olacaq.

İranın quru sərhədlərini bağlamasının konkret səbəbi bilinmir.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Bundan başqa, Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az