İran Azərbaycana qarşı bu yola da ƏL ATDI

İran Azərbaycana qarşı bu yola da ƏL ATDI

İran Xarici İşlər Nazirnin sözçüsü Səid Xətibzadə bu gün yenə Azərbaycandan danışıb və iddia edib ki, əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazıları var.
 
İran tərəfdən "terrorçu” iddiasını hələ müharibənin gedişində ali dini lider Xamenei gündəmə gətirdi: ötən bir il müddətində eyni iddianı təkrarlayıblar, amma indiyə kimi heç bir dəlil açıqlanmayıb.
 
Siyasi şərhçi Asif Nərimanlı Modern.az-a deyib ki, İranın məhz indi "dəlil-sübutdan” bəhs etməsi diqqət çəkir:
 
"Bu, İranın iddialarını "sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb.
 
Müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana "terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı. Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr hazırlayırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması bunu sübut etdi.
 
İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər: Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır.
 
Və istisna deyil ki, həmin "dəlil-sübutu”, "səs yazılarını” XİN rəhbəri Abdollahian Bakıya səfərində gətirəcək: məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır”.
 
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Nazirin Bakı ilə yanaşı, İrəvana da səfər etməsi planlaşdırılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az