İlham Əliyev və Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər

İlham Əliyev və Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər


Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər.

Yenisabah.az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verilib.

Bildirilib ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.

Qeyd olunub ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq 1994-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünki Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az