İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"

İlham Əliyev:

"Sağda da düşmən tərəfindən dağıdılmış Azərbaycan vətəndaşlarının evləri. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur. Hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, həmçinin xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik”.

Miq.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az