İçərisində hərbçimizin də olduğu "Niva" Kəlbəcərdə aşdı: ölən var

İçərisində hərbçimizin də olduğu

Fevral 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verilib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az