Hollandiyada yarışda olan idmançılarımız qələbə qazandılar!
Azərbaycan Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında Hollandiyada yarışda olan idmançılar "Veldhoven 2022 Dünya Boccia Çempionatı"nda yüksək nəticələrlə qələbə qazandılar! Belə ki, fərdi oyunlar yekunlaşdı və idmançılarımız 4 medal qazanaraq ölkəmizin bayrağını 26 ölkə arasından yüksəltdilər və himnimizi səsləndirdilər. Qazanılan medallar:
kişilər üzrə:
BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal
BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal
xanımlar üzrə:
BC-2 kateqoriyalı atlet Sona Ağayeva bürünc medal
BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva bürünc medal
Qeyd etmək istərdik ki, çempionatın para və cütlük oyunları 5-6 avqust tarixlərində baş tutacaq. Yarışın cütlük halında ölkəmizi Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edəcək. Hər iki idmançıya uğurlar arzu edirik.