HƏMAS: İsraillə müharibə qaçılmaz olacaq

HƏMAS: İsraillə müharibə qaçılmaz olacaq

Fələstinin işğalı dayanmasa, İsrail dövləti ilə müharibə qaçılmaz olacaq.

Miq.Az xəbər verir ki, bunu "Skay Nyus”a müsahibəsində HƏMAS-ın rəsmi nümayəndəsi Qazi Həmad deyib.

"İsrailə qalib gələ, ona sarsıdıcı zərbə endirə bilərik. Onlar bizim torpaqları oğurlayıblar. Biz onların qurbanlarıyıq. Başa düşməlisiniz ki, bizim xalq işğal altındadır. Biz İsrailə güvənmirik və inanmırıq ki, bu ölkə sülhdə maraqlıdır”, – deyə o bildirib.

HƏMAS nümayəndəsi İsrail dövlətini tanımaqdan imtina etdiklərini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az