Həbsdə olan icra başçısının supertəmirli otağı və qulluqçusu var? — AÇIQLAMA

Həbsdə olan icra başçısının supertəmirli otağı və qulluqçusu var? — AÇIQLAMA

Ədliyyə Nazirliyi Penitensiar xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xidmətdən Miq.Az-a daxil olan məlumatda deyilir:

"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.

Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, onlar Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında supertəmirli otaqda saxlanılır, otaqda televizor, xalça, videooyun sistemi və s. var. Bildirilir ki, N.Quliyev və R.Tatarov özlərinə qulluqçu da götürüblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az