Goranboyda rəis vəzifəsindən azad edildi

Goranboyda rəis vəzifəsindən azad edildi

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib.

Miq.Az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az