Generallar Baydenə çağırış etdi: Ukraynaya təcili silah verin...

Generallar Baydenə çağırış etdi: Ukraynaya təcili silah verin...
ABŞ Rusiyanı dalana dirəmək üçün kifayət qədər silah verir, lakin bu, Ukraynaya işğal edilən əraziləri geri qaytarmaq üçün kifayət etmir.

Axar.az xəbər verir ki, bu fikirlər ABŞ-ın istefada olan 19 generalı və keçmiş məmurlarının Ukraynaya silah tədarükünün artırılması ilə bağlı çağırışlarında yer alıb.

"Biz hesab edrik ki, Ukraynaya qələbə üçün lazım olan silahları verməyi hər gün gecikdirərək, Kremllə qarşıdurmadan qaçırıq. Əksinə, biz sadəcə olaraq daha az əlverişli əsaslarla bu təhlükə ilə üzləşmə ehtimalını artırırıq. Biz Bayden administrasiyasını sürəti artırmağa çağırırıq”, - çağırışda bildirilib.

Çağırışçılar arasında NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı general Filipp Bridlav, ABŞ-ın Ukraynadakı keçmiş 3 səfiri Mari Yovanoviç, Con Herbst, Ulilyam Teylor da yer alıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az