Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az